Gündəm

Cəmiyyət

Təyinatlar

İki kollecdə yeni – Təyinat

İki kollecdə yeni təyinat olub. Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Lətifə Sadıqova Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb, hazırda ADA-da “Təlim və tədrisin təşkili metodikası” […]

Sərəncamlar

İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Tədbirlər

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq

Azərbaycan Prezident İlham Əliyevin almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə hazırda təkbətək görüşü davam edir.Təkbətək görüşdən sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olacaq. Almaniya kansleri Fridrix Merts ilə görüşdə isə “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə” imzalanması nəzərdə tutulur.

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək

DogruSozTv Az

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək. Bununla bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Saziş Azərbaycanla İordaniya arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsini nəzərdə tutur.

Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır

DogruSozTv Az

Qarabağ və Şərqi Zəngəzur torpaqları hazırda əsl dirçəliş yaşayır. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Bu gün bizim diplomatik korpusla birlikdə Qarabağa 22-ci birgə səfərimizdir. Son altı ildə biz Qarabağın və Şərqi Zəngəzurun gözümüzün […]

Premyer Liqa: V tur “İmişli” – “Neftçi” oyunu ilə start götürəcək

DogruSozTv Az

Misli Premyer Liqasında V tura bu gün start veriləcək. Günün yeganə matçında “Neftçi” “İmişli”nin qonağı olacaq. Qarşılaşma Yevlax şəhər stadionunda, saat 16:30-da start götürəcək. Paytaxt təmsilçisi 9 xalla liderdir. Meydan sahibləri 4 xalla 8-ci pillədə qərarlaşıb. Misli Premyer Liqası I dövrə, V tur 11 sentyabr 16:30. “İmişli” – “Neftçi” Hakimlər: […]

Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq

DogruSozTv Az

Bakı və Abşeronun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Qeyd olunub ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 11-də Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri […]

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib

DogruSozTv Az

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər, ikitərəfli tərəfdaşlığın inkişaf perspektivləri, habelə regionda mövcud vəziyyət və regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində […]

Nazir özünə yeni müşavir təyin etdi

DogruSozTv Az

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov özünə yeni müşavir təyin edib. Nazir bununla bağlı müvafiq Əmr imzalayıb. Əmrə əsasən, Ramil Əzməmmədov nazirin müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, R.Əzməmmədov eyni zamanda bu ilin may ayından Aqrar Sığorta Fondunun Apellyasiya Şurasının sədridir. Həmçinin Azərbaycan Tingçilər Assosiyasının İdarə Heyətinin sədri, Azərbaycan Meyvə-Tərəvəz […]

Paşinyanın Fransa səfəri – Paris Moskvanın İrəvana təsirini neytrallaşdıra biləcəkmi? – ŞƏRH

DogruSozTv Az

Ermənistanın Baş naziri Nikol Paşinyan Birinci Beynəlxalq Kosmik Sammitdə iştirak məqsədilə Parisdə ikigünlük işgüzar səfərdədir. Səfər Yelisey sarayının dəvəti ilə reallaşıb. Baş nazir Prezident Emmanuel Makronla görüşdə bildirib ki, ölkəsi Fransa ilə kosmik sahədə əməli tərəfdaşlıqda maraqlıdır. Yelisey sarayının indiki sahibi ölkələr arasında strateji əməkdaşlıq haqqında ikitərəfli bəyannaməyə uyğun olaraq […]

İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

DogruSozTv Az

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb. Mətndə deyilir: “Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmuş, burada ayrı-ayrı xalqların və etiqadların nümayəndələri arasında qarşılıqlı hörmət və etimada, dostluq […]

Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib

DogruSozTv Az

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi […]

Sabah Bakıda 28 dərəcə isti olacaq

DogruSozTv Az

Bakıda və Abşeron yarımadasında sentyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi […]