“Mançester Yunayted” – “Sabah” matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq

DogruSozTv Az
Oxunma vaxtı:1 Dəqiqə, 3 Saniyə

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyunu Azərbaycan təmsilçilərinin İngiltərə klublarına qarşı 12-ci dueli olacaq.

Əvvəlki 11 matçın hamısında “Qarabağ” iştirak edib.

10 görüşdə rəqiblərinə uduzan “köhlən atlar” yalnız bir dəfə heç-heçəyə nail olub.

İlk qarşılaşma 2015-ci ildə gerçəkləşib. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv UEFA Avropa Liqasının qrup mərhələsində “Tottenhem”ə rəqib olub. London təmsilçisi hər iki görüşdə qalib gəlib – 3:1, 1:0.

“Qarabağ” ardınca UEFA Çempionlar Liqasının qrup mərhələsində bu ölkənin “Çelsi” komandası ilə üz-üzə gəlib. İngiltərədə 6 cavabsız qola üzülən ağdamlılar Bakıda 0:4 hesabı ilə uduzub.

“Köhlən atlar” 2018-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsində “Arsenal”la qarşılaşıb. Azərbaycan çempionu bu dəfə də hər iki qarşılaşmadan məğlub ayrılıb – 0:3, 0:1.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2024-cü ildə UEFA Avropa Liqasının Liqa mərhələsində “Tottenhem”lə səfərdə münasibətlərə aydınlıq gətirib. Londonlular 3:0 hesablı qələbəyə seviniblər.

Azərbaycan təmsilçisi ötən ilin noyabrında Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Çelsi” ilə heç-heçə edib – 2:2. Ardınca İngiltərədə “Liverpul”a 6 cavabsız qolla yenilən komanda Liqa mərhələsindən pley-offa vəsiqə qazanıb və burada da İngiltərə klubu ilə üz-üzə gəlib.

Bakıda “Nyukasl”a 1:6 hesabı ilə uduzan “Qarabağ” İngiltərədə də məğlubiyyətdən qaça bilməyib – 2:3.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 9-da 28 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın […]