
Oxunma vaxtı:16 Saniyə
İndoneziyanın Mərkəzi Papua əyalətində bazarda baş verən yanğın nəticəsində 11 nəfər ölüb.
Bu barədə yerli polis məlumat yayıb.
Bildirilib ki, ölənlərdən 6-sı uşaqdır.
Gecə yarısından sonra başlayan yanğın yaxınlıqdakı ticarət obyektlərinə yayılıb, 40-a yaxın tikili məhv olub.
Yanğın yerli vaxtla saat 03:30 radələrində nəzarət altına alınıb.
Hadisənin səbəbi araşdırılır.
![]()
