Azərbaycan və İranın birgə layihələrinin icra vəziyyəti müzakirə edilib

DogruSozTv Az
Oxunma vaxtı:44 Saniyə

Dövlət Komissiyasının həmsdərləri Azərbaycan və İranın həyata keçirdikləri birgə layihələrin icra vəziyyətini müzakirə ediblər.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetindən verilmiş məlumata əsasən, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri – Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı cari ilin fevral ayında Bakı şəhərində keçirilmiş Dövlət Komissiyasının 17-ci iclasının yekunlarına dair imzalanmış Anlaşma Memorandumunda əksini tapmış məsələlərin icra vəziyyəti nəzərdən keçirilib.

Tərəflər iqtisadi-ticarət, nəqliyyat-tranzit, energetika, su və digər sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, həyata keçirilən layihələrin icra dinamikasını müzakirə ediblər.

Xüsusilə nəqliyyat sahəsində həyata keçirilən layihələr sırasında Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması mühüm nəticə kimi qeyd edilib. Həmçinin Astara yük terminalında işlərin tamamlanması istiqamətində zəruri məsələlər müzakirə olunub.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Kamran Əliyev Şamaxıda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev sentyabrın 16-da, saat 10:00-da Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayon sakinlərini qəbul edəcək. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şamaxı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə […]