Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Yasamal Rayon İcra Hakimiyyəti başçısı Elşad Həsənov qurumun hüquq şöbəsinin müdiri İsrəfilov Ramin Rəhman oğlunu vəzifəsindən azad edib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Elşad Həsənovun digər əmri ilə bu vəzifəyə Məmmədov Orxan Fərmayıl oğlu təyin olunub.
Qeyd edək ki, Orxan Məmmədov bir neçə gün əvvəl Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun müvafiq əmri ilə hüquq şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.

Orxan Məmmədov Cəbrayıl RİH-in hüquq şöbəsinin müdiri vəzifəsində çalışarkən barəsində KİV-lərdə çox sayda tənqidi materiallar dərc edilib.

Loading

Next Post

Polisə müqavimət göstərən şəxsə atəş açıldı

Astara rayonu ərazisində keçirilən əməliyyat zamanı Şəmkir rayon sakinləri olan Seymur və Tural Musayev qardaşları tərəfindən 40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.  Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlar saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstəriblər, xidməti avtomobillərə zərər yetiriblər. Polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə […]