Polisə müqavimət göstərən şəxsə atəş açıldı

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Astara rayonu ərazisində keçirilən əməliyyat zamanı Şəmkir rayon sakinləri olan Seymur və Tural Musayev qardaşları tərəfindən 40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlar saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstəriblər, xidməti avtomobillərə zərər yetiriblər.

Polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Seymur Musayev zərərsizləşdirilib, digəri isə saxlanılıb.

Hadisə yerindən 1 ədəd avtomat silah və 40 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin, tiryək və psixotrop maddə götürülüb.

Loading

Next Post

“Hacının ölümü heç də qəfil və sirli olmayıb”

“Əfsuslar olsun ki, Hacı Şahinin vaxtsız və qəfil vəfatı hamımızı çox üzdü. Amma apardığımız ilkin tibbi araşdırmalardan sonra bəlli oldu ki, hadisə heç də qəfil və sirli olmayıb”.  Bu barədə millət vəkili, tanınmış ürək və damar cərrahı Rəşad Mahmudov sosial şəbəkə hesabında yazıb.  O, Hacı Şahinin son illərdə müayinəsində olduğu […]