Ağstafada hərbçilər qəzaya düşdü – YARALILAR VAR

alfonsonri
Oxunma vaxtı:19 Saniyə

Ağstafa rayon Vurğun qəsəbəsində hərbçilər qəzaya düşüb.

“Unikal”ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə “VAZ” markalı iki minik avtomobili toqquşub. Qəza nəticəsində rayonun Köçəsgər kənd sakinləri 28 yaşlı Məcid Rzayev, 27 yaşlı Azər Bayramov, 40 yaşlı Ramin Hacıyev, 65 yaşlı Şahin Qasımov, 31 yaşlı İlkin Abdullayev və 39 yaşlı Sübhan Vəliyev xəsarət alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Loading

Next Post

Dolu düşəcək, leysan yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında iyunun 18-i gündüz şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran rayonlarında yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. […]