Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində iştirak edib

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində iştirak edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmçinin səfər çərçivəsində müdafiə naziri Türkiyənin Milli Müdafiə Universitetinin Müştərək Hərb İnstitutunda “Müştərək qərargahın idarəedilməsi”, həmçinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri institutlarında keçirilən “Qərargahın idarəedilməsi” kurslarının buraxılış mərasimində iştirak edib.

Tədbirdə çıxış edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan məzunları təbrik edib, gələcək xidmətlərində uğurlar arzulayıb.

General-polkovnik Zakir Həsənov kursları müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları təqdim edib.

Rəmzi yaş kötüyünə emblemlər vurulduqdan sonra məzunlara sertifikatlar təqdim edilib.

Loading

Next Post

İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlini qoyub.Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə layihə barədə məlumat verib. Bildirilib ki, layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarının […]