Gündəm

Cəmiyyət

Təyinatlar

İki kollecdə yeni – Təyinat

İki kollecdə yeni təyinat olub. Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Lətifə Sadıqova Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb, hazırda ADA-da “Təlim və tədrisin təşkili metodikası” […]

Sərəncamlar

İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Tədbirlər

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq

Azərbaycan Prezident İlham Əliyevin almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə hazırda təkbətək görüşü davam edir.Təkbətək görüşdən sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olacaq. Almaniya kansleri Fridrix Merts ilə görüşdə isə “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə” imzalanması nəzərdə tutulur.

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

DogruSozTv Az

Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərdə qısamüddətli az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. […]

Parlamentdə təhlükəli mallarla bağlı tədbirlər dairəsinin müəyyənləşdirilməsi birinci oxunuşdan keçib

DogruSozTv Az

Milli Məclis Azərbaycanda təhlükəli mallara münasibətdə tətbiq edilə biləcək tədbirlərin dairəsinin və həmin tədbirlərin həyata keçirilməsi qaydalarının səlahiyyətli qurum tərəfindən müəyyənləşdirilməsini ilk oxunuşda qəbul edib. Bu haqda “Texniki tənzimləmə haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, adı çəkilən qanunun 15-ci maddəsinə yeni – 15.5-ci […]

Milli Məclisin plenar iclası başlayıb, 13 məsələ müzakirə olunacaq

DogruSozTv Az

Milli Məclisin payız sessiyası üzrə keçirilən növbəti plenar iclası başlayıb. Gündəlikdə 13 məsələ var.  Həmin məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında […]

Bakı, Sumqayıt və Abşeronda sabah pensiyaların ödənilməsi nəzərdə tutulub

DogruSozTv Az

Sabah Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda bu ayın pensiyalarını ödəməyi planlaşdırır. Bu barədə ƏƏSMN-dən məlumat verilib. “Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək”, – deyə məlumatda qeyd olunub.

Şri-Lankanın XİN rəhbəri Azərbaycana səfər edəcək

DogruSozTv Az

Şri-Lankanın xarici işlər naziri Vicita Herat oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. “Səfər zamanı nazir iştirakçı ölkələrdən, o cümlədən Qazaxıstan, Özbəkistan və Tacikistandan olan həmkarları, həmçinin ev […]

“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün “Slaviya” ilə üz-üzə gələcək

DogruSozTv Az

“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Azərbaycan təmsilçisi Çexiyanın “Slaviya” kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-də start götürəcək. Görüşün baş hakimi avstriyalı Sebastyan Qishamer olacaq. Xatırladaq ki, “Sabah” ilk matçda İngiltərədə “Mançester Yunayted”ə məğlub olub – 0:4. “Slaviya” isə Çexiyada […]

Yasamal və Xətai rayonlarının bir hissəsində işıq olmayacaq

DogruSozTv Az

Bu gün Bakının Yasamal və Xətai rayonlarının bəzi ərazilərinə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 13-də Yasamal və Xətai rayonlarında yerləşən Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq. Yasamal Rayon […]

Rusiya ordusu Donetsk vilayətində qəsəbəni “Smerç” raketləri ilə vurub, ölənlər var

DogruSozTv Az

Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Çerkasske qəsəbəsinə zərbələri nəticəsində 13 yaşlı qız da daxil olmaqla 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin “Telegram” kanalında məlumat verib. Onun sözlərinə görə, Rusiya ordusu bu gün səhər saatlarında qəsəbəni “Smerç” reaktiv yaylım atəşli sistemindən kaset […]

Bakıda “Ürək transplantasiyası həftəsi” keçiriləcək

DogruSozTv Az

Bakıda oktyabrın 31-dən noyabrın 6-dək “Ürək transplantasiyası həftəsi” çərçivəsində silsilə tədbirlər keçiriləcək. Tədbirlər Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq. Həftə Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümünə həsr olunub. Həftə […]