Azərbaycanda DƏHŞƏT: Ana və azyaşlı övladı ocaqda yandı

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Qaxda ana və azyaşlı övladı ocaqda yanıb. 

“Unikal”ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Marsan kəndində baş verib. Kənd sakini 1994-cü il təvəllüdlü Nəsimət Zahid qızı Məmmədli yaşadığı evin həyətində ocaq qalayan zaman ehtiyatsızlıqdan  özü və  yanında olan 6 yaşlı qızı Raziyə Məmmədli müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıblar. Ana və azyaşlı övladı Qax Rayon Mərkəzi Xəstəxanasının  Reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Leysan yağacaq, dolu düşəcək - Sabahın havası

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 15-19° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında […]