Latviya rəsmisi Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib

DogruSozTv Az
Oxunma vaxtı:48 Saniyə

Latviya Konstitusiya Məhkəməsinin sədri İrena Kutsina Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib.

Ali Məhkəmədən verilən məlumata görə, o, bu barədə Azərbaycana səfəri zamanı Ali Məhkəmənin sədri İnam Kərimovla görüşdə bildirib.

Həmçinin görüşdə Ali Məhkəmənin sədri İnam Kərimov Latviya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf etdiyni vurğulayıb. Görüş zamanı qonaqlara Azərbaycanın məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və rəqəmsal transformasiya sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, məhkəmə sistemində müasir informasiya texnologiyalarının tətbiqi genişləndirilir, hakim vəzifəsinə seçim prosedurları beynəlxalq standartlara uyğunlaşdırılır, qanunvericilik bazası isə davamlı olaraq təkmilləşdirilir. Bildirilib ki, məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə süni intellekt və digər innovativ rəqəmsal həllərin tətbiqi məhkəmə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri İrena Kutsina iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın məhkəmə sistemində aparılan islahatlar və əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Loading

Next Post

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

11 iyul 1939-cu ildə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan SSR Ali Soveti latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçmək haqqında qanun qəbul edib. Kiril qrafikalı əlifbaya keçid 1 yanvar 1940-cı ildə gerçəkləşib. Bəs, iyulun 11-Bizim.Mediadə daha hansı hadisələr baş verib? 1. 1740-cı ilin 11 iyul tarixindә Ukrayna әrazisindә yaşayan […]