Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib

DogruSozTv Az
Oxunma vaxtı:32 Saniyə

Azad olunan ərazilərdə avqustun 31-dən sentyabrın 6-dək 28 tank əleyhinə mina, 140 piyada əleyhinə mina, 1390 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Hesabata əsasən, həmin müddət ərzində 1706,4 ha ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

1 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində “44” bədii filminin çoxdan gözlənilən premyerası baş tutacaq. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial şəbəkə hesabında bildirib. Qeyd edilib ki, daha sonra filmin nümayişləri ölkənin kinoteatrlarında davam edəcək. “Premyera ərəfəsində 12 tizer hazırlanıb və […]