Zakir Həsənov: Azərbaycan, Gürcüstan, Türkiyənin əməkdaşlığı regional sabitliyin mühüm platformasıdır

DogruSozTv Az

Dünyada siyasi gərginliyin artması, yaranan çətinliklər, iqtisadi və digər maneələr fonunda ölkələr arasında koordinasiya və qarşılıqlı fəaliyyət xüsusi əhəmiyyət kəsb edir. Bu sözləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Şuşada Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə 13-cü üçtərəfli görüşündən sonra mətbuata bəyanatında bildirib. […]

Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edəcək

DogruSozTv Az

Baş prokuror Kamran Əliyev cari il oktyabrın 7-də, saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında şəhər sakinlərinin qəbulunu keçirəcək. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Vətəndaşların qəbulla bağlı qeydiyyatı şəhər prokurorluğu tərəfindən həyata keçiriləcək.

Bazar günü arabir yağış yağacaq

DogruSozTv Az

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 […]

Xətai və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

DogruSozTv Az

Bu gün Bakının Xətai və Sabunçu rayonlarının bir sıra ərazilərində qaz olmayacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Təmir-quraşdırma və “Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah” magistral qaz kəmərindən aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M.Hadi, A.Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci […]

Daha 117 ailə Ağdam şəhərinə yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 117 ailə – 362 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına […]

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

Bu ilin yanvar–iyul aylarında 110,7 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məlumat yayıb. Məlumata görə, onlardan 24,6 min pensiya, 75,5 min müavinət və 10,6 min təqaüd təyinatıdır.

Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kirov şəhərindəki əsas hərbi müəssisələrdən birinə, eləcə də təxminən 1 350 kilometr məsafədə yerləşən neft obyektinə zərbə endirib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında məlumat verib. “Bu gün Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kirov şəhərindəki mühüm hərbi müəssisələrdən birini vurub. Bu müəssisə Rusiyanın aviasiya […]

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda iyulun 24-də havanın 39 dərəcə isti keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 75-80 […]

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür

Bu gün general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olmasının növbəti ildönümüdür.Onların hər ikisi hərbçi peşəsini özlərinə həyat yolu seçmişdi. Bu mənada onların bioqrafiyalarında da yaxınlıq, oxşarlıq var idi. Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. 1976-cı ildə Həşimovlar ailəsi Sumqayıt şəhərinə köçüb və burada yaşamağa […]