BƏƏ Prezidentinin müşaviri Körfəz ölkələrini kollektiv təhlükəsizliyi gücləndirməyə çağırıb

DogruSozTv Az

Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin müşaviri Ənvər Qarqaş Körfəz ölkələrinin kollektiv təhlükəsizliyinin gücləndirilməsi üçün müştərək addımlar atmağa çağırış edib.  Qarqaş bu barədə “X” hesabında yazıb. O, təhlükəsizlik və müdafiə sahəsində təhlükəsizlik mexanizminin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Qarqaş husilərin Səudiyyə Ərəbistanına hücumlarının BƏƏ, ümumilikdə bütün Körfəz ölkələrinin təhlükəsizliyini təhdid etdiyini bildirib.

Biləsuvarda toyda bıçaqlanma olub

DogruSozTv Az

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birində, toy mərasimi zamanı qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu kürək nahiyəsindən bıçaqlanıb. O, rayon xəstəxanasına çatdırılıb. Əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ülvü Qurbanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla […]

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

DogruSozTv Az

İşğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 8 oktyabr tarixində mina partlayışı hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin məlumatında bildirilib. Məlumata görə, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə […]

Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

DogruSozTv Az

Qaxda ağır yol qəzası olub. Hadisə gecə saatlarında Qax şəhəri H.Əliyev prospektində qeydə alınıb. Belə ki, Kənan Məmmədova məxsus “Oper Astra” markalı avtomobil idarəetmən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin, 2009-cu il təvəllüdlü Muxtarov Elcan Səbuhi oğlu ölüb. Hadisə nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü […]

Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb – YENİLƏNİB

Xocalı rayonunun Daşkənd kəndi ərazisində sentyabrın 10-da mina hadisəsi baș verib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Bildirilib ki, agentliyin əməkdaşı – 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində o, sol ayağından xəsarət alıb. “Xəsarət […]

Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “SOCAR Petroleum” QSC-nin Gəncə şəhərində yerləşən 6 saylı Gəncə Neft Baza Sahəsində “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib. Bu barədə nazirlik məlumat yayıb. Belə ki, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi strateji əhəmiyyət kəsb […]

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

Yevlaxda iki nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb. Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun Salahlı kəndindən keçən hissəsində Hüseynov Aqşin Eldəniz oğlunun idarə etdiyi “Mersedes Benz 200” markalı avtomobil Yevlax rayonu Salahlı kəndi istiqamətində hərəkətdə olarkən Hacıyev Akif Əli oğlunun idarə etdiyi “Lifan” markalı avtomobillə toqquşub. Nəticədə Hacıyev Akif Əli oğlu […]