FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib

DogruSozTv Az
Oxunma vaxtı:53 Saniyə

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri ərazisində yerləşən “SOCAR”ın “Neft Kəmərləri” İdarəsinin Abşeron İstehsalat Bölümünün Neft Təhvili Sahəsində yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimdə FHN-in aidiyyəti yerli strukturlarının müvafiq qüvvələri və Neft Təhvili Sahəsinin əməkdaşları, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsinin, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları iştirak ediblər.

Təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi, strateji əhəmiyyət kəsb edən obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı Neft Təhvili Sahəsində baş vermiş şərti yanğın yerinə operativ çatan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması, “yanğının söndürülməsi” və ərazidən “yaralıların xilas edilməsi” əməliyyatlarını yerinə yetiriblər.
[media=https://www.youtube.com/watch?v=LVhqAK27mLg&t=1s]

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Şahin Bağırov Samuxda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Samux şəhərində vətəndaşları qəbul edəcək. Qəbul sentyabrın 9-da saat 10:00-da Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 1) baş tutacaq. Qəbul zamanı Samux və Göygöl rayonlarının, Gəncə və Mingəçevir şəhərlərinin sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link […]