Kamran Əliyev Şamaxıda vətəndaşları qəbul edəcək

DogruSozTv Az
Oxunma vaxtı:32 Saniyə

Baş prokuror Kamran Əliyev sentyabrın 16-da, saat 10:00-da Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayon sakinlərini qəbul edəcək.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şamaxı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (“Instagram”, “Facebook” və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb

İndoneziyanın Mərkəzi Papua əyalətində bazarda baş verən yanğın nəticəsində 11 nəfər ölüb. Bu barədə yerli polis məlumat yayıb. Bildirilib ki, ölənlərdən 6-sı uşaqdır. Gecə yarısından sonra başlayan yanğın yaxınlıqdakı ticarət obyektlərinə yayılıb, 40-a yaxın tikili məhv olub. Yanğın yerli vaxtla saat 03:30 radələrində nəzarət altına alınıb. Hadisənin səbəbi araşdırılır.