“Formula 1″lə əlaqədar bəzi məktəblərin fəaliyyətində məhdudiyyət tətbiq edilə bilər

Oxunma vaxtı:22 Saniyə

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin həyata keçiriləcəyi ərazilərdə müəyyən məhdudiyyətlərin tətbiqi ilə bağlı qərar veriləcəyi təqdirdə aidiyyəti üzrə ictimaiyyətə məlumat veriləcək.

Bu barədə “Report”un Bakıda “Formula 1” yarışlarının keçiriləcəyi tarixlərdə orta məktəblərin fəaliyyətində məhdidiyyətlərin olub-olmayacağı ilə bağlı sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq. Həmin tarixlərin iki günü 19-20 sentyabr dərs günüdür.

Loading

Next Post

Bakı metrosu “Qarabağ”ın oyunu ilə bağlı gücləndirilmiş rejimdə işləyəcək

Sabah “Bakı Metropoliteni” QSC “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Oyun günü üç stansiyada gücləndirilmiş iş qrafiki tətbiq olunacaq. Xüsusilə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək. Bakı metrosunun müvafiq […]