İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Prezident İlham Əliyev Azərbaycanı istəməyən qüvvələrin heç vaxt əl çəkməyəcəyini deyib və bu mübarizənin daimi olacağını bəyan edib. Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti dünyanın dəyişdiyini, yeni təhdidlərin və təxribatların ortaya çıxdığını […]

Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində iştirak edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində iştirak edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin səfər çərçivəsində müdafiə naziri Türkiyənin Milli Müdafiə Universitetinin Müştərək Hərb İnstitutunda “Müştərək qərargahın idarəedilməsi”, həmçinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi […]

Latviya rəsmisi Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib

Latviya Konstitusiya Məhkəməsinin sədri İrena Kutsina Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib. Ali Məhkəmədən verilən məlumata görə, o, bu barədə Azərbaycana səfəri zamanı Ali Məhkəmənin sədri İnam Kərimovla görüşdə bildirib. Həmçinin görüşdə Ali Məhkəmənin sədri İnam Kərimov Latviya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf etdiyni vurğulayıb. Görüş […]

NATO-nun Ankara zirvəsi: çat verən alyans, Ukraynaya ikili münasibət – ŞƏRH

2026-cı ilin 7-8 iyul tarixləri arasında Türkiyənin Ankara şəhərində NATO-nun zirvə görüşü keçirilib. Bu görüşü digərlərindən fərqləndirən sammitin birlik mesajlarının artıq sadəcə kağız üzərində qaldığını, alyansın dərinliklərində fikir ayrılıqlarının olduğunu üzə çıxarmasıdır.Ankarada keçirilən görüşlərdə üzv dövlətlərin nümayəndələri müxtəlif bəyanatlar səsləndirib, gələcəyə dair fikir bildirsələr də, əslində, pərdə arxasında gərginliklər və […]

Azərbaycan neftinin qiyməti 82 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,41 ABŞ dolları və ya 8,47 % artaraq 82,07 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 78,36 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək

2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək.Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Siyahıyaalınma Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə ölkənin bütün ərazisi üzrə əhaliyə dair müfəssəl məlumatların əldə edilməsi və sosial-demoqrafik vəziyyətin qiymətləndirilməsi məqsədilə reallaşacaq. Fərmana əsasən, ölkədə 2029-cu il oktyabrın 1-nə olan vəziyyət […]