Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

DogruSozTv Az
Oxunma vaxtı:21 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.

Almaniyanın Kansleri Fridrix Merts dövlət başçısını qarşıladı.

Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim edildi.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına və Federal Kanslerə raport verdi.

Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnləri səsləndirildi.

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Loading

Next Post

Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub

Təcili tibbi yardım xidmətinin operativliyinin artırılması, xüsusilə nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə və pik saatlarda vətəndaşlara daha çevik ilkin tibbi yardımın göstərilməsi məqsədilə TƏBİB tərəfindən yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlanılıb. Ölkədə ilk dəfə motosikletlərin təcili tibbi yardım xidmətinə cəlb olunduğu bu model hadisə yerinə daha qısa müddətdə çatmağı və […]