Gənclərlə səmərəli iş üçün yeni platformalar yaratmaq və inkişaf etdirmək lazımdır – Fərid Qayıbov

Oxunma vaxtı:33 Saniyə

Gənclərlə səmərəli iş üçün yeni platformalar yaratmaq və inkişaf etdirmək lazımdır.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov bu gün 2-ci Gənc sahibkarlar forumunda çıxışı zamanı deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev məni bu vəzifəyə təyin etməzdən qabaq bir sıra tapşırıqlar verdi və hazırda bu tapşırıqlar çərçivəsində işlər görülür və layihələr hazırlanır. Ümid edirəm ki, bu gün sizin problem və təkliflərinizlə tanış ola biləcəyəm. Sahibkarlıq sektorunun öz xüsusiyyətləri və çətinlikləri var. Öz fəaliyyətlərini təqdim edə bilmək üçün onlar müxtəlif çətinliklərdən keçirlər. Ölkəmiz gənclər ölkəsidir. Azərbaycanda gənclərə dəstək üçün xüsusi mexanizmlər yaradılıb. Nazirliyimiz gənclərlə səmərəli iş üçün yeni platformalar yaratmalı və inkişaf etdirməlidir”, – deyə nazir bildirib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Dövlət orqanlarının bütün əməkdaşlarına fevralın 1-dək vaxt verildi - QƏRAR

Gələn il fevralın 1-dən etibarən dövlət orqanlarının və bir sıra digər müəssisələrin bütün əməkdaşları ən azı 2 doza peyvənd olmalıdır. Bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarda öz əksini tapıb. Belə ki, 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) bütün əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm […]