Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Oxunma vaxtı:32 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Doğrusöztv.Az xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbər bizi son dərəcə kədərləndirir.

Əminəm ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir.

Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır.

Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Müavinət və təqaüdlər artırılacaq - Sədr müavini

Təqaüd və müavinətlər artırılması məsələsi daim nəzarətdədir və bunun üzərində iş aparılır. Doğrusöztv.Az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib. Onun sözlərinə görə, pensiyaların, müavinətlərin və təqaüdlərin artırılması son illərdə müşahidə olunur. “2019-cu ilin aprelində müavinət və təqaüdlər 50-80 faiz arasında artırılıb. Xüsusən […]