Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib

DogruSozTv Az
Oxunma vaxtı:46 Saniyə

Prezident İlham Əliyev Əziz Səncəri “Şöhrət” ordeni ilə təltif edib.

Bu barədə Prezident Sərəncam imzalayıb.

Ə. Səncər ordenlə Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, 1946-cı ildə Mardində anadan olan Əziz Səncər ilk və orta təhsilini Mardində alıb. 1969-cu ildə İstanbul Universitetinin tibb fakultəsindən birincliklə məzun olub. Doktorantura üzrə təhsilini isə Texas Universitetində tanınmış alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya proqramı əsasında alıb.

O, 1977-1982-ci illər ərzində Yel Universitetində tibb üzrə dərs keçib. 2001-ci ildə Şimali Korolina Seçilmiş Kimyaçı mükafatına layiq görülüb. Bu mükafat Amerika Kimya Cəmiyyəti tərəfindən verilib. 2005-ci ildə isə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk amerikalı türk olub. Daha sonra isə həyat yoldaşı ilə birlikdə ABŞ-nin Şimali Karolina əyalətində “Karolina Türk Evi”ni yaradaraq ABŞ-də təhsil alan türk tələbələrə dəstək olmağa başlayıb.

Əziz Səncər 2015-ci ildə Kimya üzrə Nobel mükafatına layiq görülüb.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Zelenski Ukrayna ordusunun Rusiyada neft emalı müəssisələrini vurduğunu bildirib

[center][img]https://azadmedia.az/uploads/posts/2026-09/1788778654_6a9e9439572496a9e-v.png[/img][/center]Ukrayna ordusu Rusiyanın endirdiyi zərbələrə ədalətli şəkildə cavab verməyə davam edir. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib. O qeyd edib ki, Ryazan bölgəsində neft emalı zavoduna zərbə endirilib. Zelenskinin sözlərinə görə, Perm bölgəsində və Tatarıstanda neft emalı müəssisələrinə, Kursk bölgəsində isə hücum dronlarının saxlanması və buraxılması üçün istifadə […]