Azərbaycanda uşaqların TikTok-a girişi QADAĞAN edilə bilər

Oxunma vaxtı:29 Saniyə

Azərbaycanda uşaqların TikTok sosial şəbəkəsinə girişi qadağan edilə bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov Bakıda keçirilən dəyirmi masada bildirib, bəzi ölkələrdə bu platformaya giriş artıq qadağan olunub və Azərbaycan da bu istiqamətdə addım atmalıdır. 

Elgün Səfərovun sözlərinə görə, ölkədə uşaqların 75 faizi hər gün internetdən istifadə edir, 45 faizdən çoxu isə gündə 5 saatdan artıq onlayn olur. Respondentlərin 67 faizi isə valideynlərin uşaqlara internet istifadəsində heç bir məhdudiyyət qoymadığını bildirib.

Komitə rəsmisi bu vəziyyətin uşaqları zərərli informasiyalar və hətta insan alveri riskləri ilə üz-üzə qoyduğunu deyib.

Loading

Next Post

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM

Quba rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) – Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolu əsaslı təmir olunacaq. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla 7 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.