Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq – SƏRƏNCAM

Oxunma vaxtı:17 Saniyə

Quba rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) – Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolu əsaslı təmir olunacaq.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla 7 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.

Loading

Next Post

QMİ sədri Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Sədr qeyd edib ki, əziz bayramı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, qəhrəman əsgərlərin sayəsində Xankəndidə, Əsgəranda, Xocalıda üçrəngli bayrağı ucaltması, Şuşa, Ağdam, Zəngilan məscidlərinin minarələrindən azanların səslənməsi ilə qarşılamaq qürurvericidir. A. […]