QMİ sədri Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Oxunma vaxtı:39 Saniyə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Sədr qeyd edib ki, əziz bayramı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, qəhrəman əsgərlərin sayəsində Xankəndidə, Əsgəranda, Xocalıda üçrəngli bayrağı ucaltması, Şuşa, Ağdam, Zəngilan məscidlərinin minarələrindən azanların səslənməsi ilə qarşılamaq qürurvericidir.

A. Paşazadə vurğulayıb ki, builki bayram AMEA Şamaxı Rəsədxanasının hesablamalarına əsasən Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 6 iyun tarixinə təsadüf edir:

“Həmişə xaqlın dini inanclarının qayğısına qalan dövlətimiz iki günü – 6-7 iyun tarixlərini qeyri-iş günü elan edib.

Şəri hökmlərə əsasən, 3 gün ərzində icra oluna bilən Qurban kəsimi həcc ziyarəti zamanı mütləq vacib əməldir, həcc xaricində olan müsəlmanların qurban kəsib ehtiyacı olanlara paylamaq niyyəti isə müstəhəb və savabdır”.

Loading

Next Post

Ötən ay 38 aptekdə yoxlama keçirilib, dördündə nöqsanlar aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) may ayında 38 aptekdə planlı yoxlama keçirib. Bu barədə Mərkəz məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin may ayı ərzində, Bakı şəhəri üzrə 12, digər şəhər və rayonlarda isə 26 aptek olmaqla, ümumilikdə 38 aptek planlı təftiş olunub. Yoxlamalar zamanı dörd aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan […]