Ötən ay 38 aptekdə yoxlama keçirilib, dördündə nöqsanlar aşkarlanıb

Oxunma vaxtı:20 Saniyə

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) may ayında 38 aptekdə planlı yoxlama keçirib.

Bu barədə Mərkəz məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin may ayı ərzində, Bakı şəhəri üzrə 12, digər şəhər və rayonlarda isə 26 aptek olmaqla, ümumilikdə 38 aptek planlı təftiş olunub.

Yoxlamalar zamanı dörd aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Loading

Next Post

Qvineya-Bisau Azərbaycanın enerji sahəsindəki təcrübəsinə maraq göstərir - YENİLƏNİB

Qvineya-Bisau Azərbaycanın enerji sahəsindəki təcrübəsinə maraq göstərir Bu barədə nazir Pərviz Şahbazovla Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriato Luis Soares Kassama arasında keçirilən görüşdə bildirilib. Görüşdə Azərbaycanın neft-qaz və bərpa olunan enerji üzrə transsərhəd layihələri və “yaşıl enerji” potensialının inkişafı, eləcə də Qvineya-Bisaunun enerji təminatının yaxşılaşdırılması […]