Qvineya-Bisau Azərbaycanın enerji sahəsindəki təcrübəsinə maraq göstərir – YENİLƏNİB

Oxunma vaxtı:1 Dəqiqə, 0 Saniyə

Qvineya-Bisau Azərbaycanın enerji sahəsindəki təcrübəsinə maraq göstərir

Bu barədə nazir Pərviz Şahbazovla Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriato Luis Soares Kassama arasında keçirilən görüşdə bildirilib.

Görüşdə Azərbaycanın neft-qaz və bərpa olunan enerji üzrə transsərhəd layihələri və “yaşıl enerji” potensialının inkişafı, eləcə də Qvineya-Bisaunun enerji təminatının yaxşılaşdırılması planları ilə bağlı fikir mübadiləsi aparılıb.

Qvineya-Bisaulu nazir Azərbaycanın enerji sahəsində zəngin təcrübəsinin ölkəsi üçün faydalı olacağını vurğulayıb. Neft-qaz, bərpa olunan enerji layihələrinin həyata keçirilməsi, enerji məsələlərinin tənzimləməsi istiqamətləri üzrə təcrübə və bilik mübadiləsi və kadr hazırlığına dəstək istiqamətlərində əməkdaşlığa maraq ifadə edilib. Bu xüsusda əməkdaşlıq əlaqələrinin qurulması üçün yol xəritəsinin hazırlanması, ekspertlər arasında görüşlərin və seminarların keçirilməsi barədə razılıq əldə olunub.

13:49
Azərbaycan Qvineya-Bisau Respublikası ilə energetika sahəsində yol xəritəsi hazırlayacaq.

“Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriato Luis Soares Kassama ilə görüşüb.

Görüşdə neft-qaz, elektrik enerjisi və enerji tənzimlənməsi sahələrində Azərbaycanın zəngin təcrübəsinin bölüşdürülməsi, eləcə də kadr potensialının inkişaf etdirilməsi üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Bu çərçivədə ekspertlər arasında görüşlərin təşkili və seminarların keçirilməsi barədə razılıq əldə edilib.

Loading

Next Post

UFC-nin iki məşhur döyüşçüsü Bakıya gələcək

Mütləq Döyüş Çempionatının (UFC) super yüngül çəki dərəcəsində çempionu, gürcü idmançı Merab Dvalişvili və keçmiş yarımorta çəki çempionu, amerikalı Belal Muhammad UFC-nin Bakı turnirinin ulduz qonaqları olacaqlar. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib. Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə […]