“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi (FOTO)

Oxunma vaxtı:1 Dəqiqə, 6 Saniyə

5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı, bütün könüllü təşkilatlarının iştirakı ilə “Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verilib. 4-5 dekabr tarixlərini əhatə edəcək Forum çərçivəsində müxtəlif silsilə tədbirlər həyata keçirilməsi planlaşdırılıb.

Doğrusöztv.Az-ın məlumatına görə, Gənclər Fondundan Trend-ə bildirilib ki, forumun ilk günündə Vətən müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar olaraq könüllü təşkilatlarının rəhbərləri və könüllülərin iştirakı ilə Şəhidlər Xiyabanı və Ulu Öndərin məzarı ziyarət edilib. Könüllülər Azərbaycanın düşmən üzərində qazandığı şanlı qələbə, 30 ilə yaxındır ki davam edən işğala son qoyulması, eləcə də 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtması münasibətilə Cənab Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna dərin minnətdarlığını ifadə edərək, şəhid qəhrəmanlarımızın xatirəsini yad edib, onların əziz xatirəsini hər zaman yüksək tutacaqlarını əsas vəzifələrindən biri kimi vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu çərçivəsində könüllülərin vahid platformada birləşməsini təmin edən və ölkənin ən böyük könüllü bazası olan Azərbaycan könüllülərinin elektron portalının təqdimatı həyata keçiriləcək.

5 dekabrda Bakı Konqres Mərkəzində Azərbaycan Könüllülərinin onlayn-canlı formatında III Həmrəylik Forumu keçiriləcək. Forumda bir çox dövlət rəsmilərinin, könüllü təşkilatları rəhbərlərinin çıxışı, musiqili fasilələr, könüllülərin iştirakı ilə maraqlı videoçarxlar və müxtəlif nominasiyalar üzrə ilin ən fəal könüllülərinin mükafatlandırılması nəzərdə tutulur. Tədbirin sonunda isə könüllülərin iştirakı ilə hədiyyəli intellektual yarış keçiriləcək.

“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi (FOTO) - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru

UNİCEF-in İcraçı Direktoru Henrietta For ELSA Azərbaycan Məzunlar Cəmiyyəti tərəfindən ona ünvanlanan məktubu cavablandıraraq uşaq hüquqlarının pozulmasını pisləyən və müharibə dövründə uşaqların qorunmasının vacibliyini vurğulayan məktuba görə gənclərə təşəkkür edib. Doğrusöztv.Az-ın məlumatına görə, məktubda UNİCEF sədri tərəfindən uşaqların müharibə cinayətlərinin qurbanı olmasının qəbulolunmazlığı vurğulanmış, mülki obyektlər, tibb müəssisələri və təhsil […]