DSX-nin həlak olan əsgəri Əli Nağıyevin nəşi ailəsinə təhvil verilib

Oxunma vaxtı:26 Saniyə

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Əli Elşən oğlu Nağıyevin nəşi Gəncəyə gətirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, 2005-ci il təvəllüdlü Nağıyev Əli Elşən oğlunun nəşi ailəsinə təhvil verilib. Bir neçə saatdan sonra yaxınlarının yaşadığı evin önündə vida mərasimi başlayacaq.

Xatırladaq ki, hadisə dünən baş verib. DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft yenidən bahalaşıb. Dogrusoztv.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 79,82 dollara, yüngül neftin bir barreli isə 75,70 dollara təklif olunur.