Bakının ən məşhur çimərlikləri – Qiymətlər

alfonsonri
Oxunma vaxtı:59 Saniyə

Dəniz mövsümü artıq başlayıb. İnsanlar istirahət üçün paytaxt ərazisində yerləşən müxtəlif çimərlikləri seçir.

Axar.az bəzi çimərliklərin qiymətini təqdim edir:

Glam Beach Baku. Giriş 8 manatdır. Oturacaqlı günlükdən istifadə edəcəksizsə, 2 nəfər üçün 30 manat ödəməlisiniz.

5 yaşına qədər uşaqlar ödənişsizdir. Kənardan yemək gətirmək olmaz.

Casablance Beach. Giriş 20 manatdır. 10 yaşına kimi uşaqlar üçün giriş ödənişsizdir.

Qiymətə dəniz istifadəsi, hovuz, duş, dəsmal daxildir.

Oturmaq üçün teras və kabinetlər mövcuddur.

Amburan Beach Club. Giriş həftəiçi 25, həftəsonu 35 manat təşkil edir.

Qiymətə duş, şezlonq, dəniz, hovuz, dəsmal və çətir daxildir. 10 yaşa qədər uşaqlar üçün giriş ödənişsizdir.

Ramada Baku. Giriş həftəiçi 20, həftəsonu 25 manatdır.

Qiymətə hovuz, dəniz, şezlonq, dəsmal daxildir. 6 yaşa qədər uşaqlar üçün giriş ödənişsiz, 6-12 yaş üçün həftəiçi 10, həftəsonu 12,50 qəpik təşkil edir.

Dalğa Beach Aquapark. Azərbaycan vətəndaşları üçün giriş günorta saat 13:00-a qədər 20 azn, 13:00-dan sonra isə 25 manatdır.

Qiymətə dəsmal, şezlonq, hovuz, çətir, attraksionlar daxildir. Əgər dolab istəsəniz, əlavə 10 manat ödəniş etməlisiniz. Uşaqlar üçün giriş 5 yaşa qədər ödənişsiz, 6-11 yaşlar üçün 15 manat, 11 yaşdan yuxarılar isə böyüklərlə eynidir. Xarici vətəndaşlar üçün isə giriş həftəiçi 65, həftəsonu 85 manatdır.

Loading

Next Post

İki yüz matç ilə ilk...

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo millisində 200-cü matçına çıxıb. Kriştianu Ronaldo, tarixdə bu göstəriciyə çatan ilk oyunçu olub. Bununla da futbolçu bu göstərici üzrə keçmiş rekordçu küveytli Bader əl-Mutavanı 4 oyunla qabaqlayıb. O, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin dördüncü turunun İslandiya ilə səfər matçında start heyətdə yer alıb. […]