Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır – UNİCEF-in icraçı direktoru

Oxunma vaxtı:50 Saniyə

UNİCEF-in İcraçı Direktoru Henrietta For ELSA Azərbaycan Məzunlar Cəmiyyəti tərəfindən ona ünvanlanan məktubu cavablandıraraq uşaq hüquqlarının pozulmasını pisləyən və müharibə dövründə uşaqların qorunmasının vacibliyini vurğulayan məktuba görə gənclərə təşəkkür edib.

Doğrusöztv.Az-ın məlumatına görə, məktubda UNİCEF sədri tərəfindən uşaqların müharibə cinayətlərinin qurbanı olmasının qəbulolunmazlığı vurğulanmış, mülki obyektlər, tibb müəssisələri və təhsil ocaqlarının müharibənin obyekti olması ən sərt şəkildə qınanmışdır. Bildirilmişdir ki, müharibə zamanı dövlətlər mülki əhalinin toxunulmazlığına hörmətlə yanaşmalı, sivil infrastruktur obyektlərini hədəfə almamalıdır.

Eyni zamanda, məktubda UNİCEF-in dövlət başçıları tərəfindən 9 noyabr tarixində imzalanan bəyanatı və müharibənin dayandırılmasını dəstəklədiyi, gənclərin sülh, insan hüquqlarına hörmət və uşaq hüquqlarının qorunması ilə bağlı fəaliyyətini yüksək qiymətləndirdiyi də qeyd olunmuşdur.

ELSA Avropanın 43 ölkəsində 55 mindən artıq hüquq tələbəsini və gənc hüquqşünası özündə birləşdirən dünyanın ən böyük hüquq tələbələri təşkilatıdır. Təşkilatın məqsədi Avropada hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsi və cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsidir. ELSA-nın Azərbaycan nümayəndəliyinin əsası 2010-cu ildə qoyulub. ELSA Azərbaycan hazırda təşkilatın ən fəal üzvlərindən biridir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb

Xarici İşlər naziri Ceyhun Bayramovun Bolqarıstan Respublikasının Baş nazirinin ədliyyə islahatları üzrə müavini, xarici işlər naziri Yekaterina Zaxariyeva ilə telefon danışığı baş tutub. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti, eləcə də 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan irəli gələn məsələlərin […]