Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb

Oxunma vaxtı:29 Saniyə

Xarici İşlər naziri Ceyhun Bayramovun Bolqarıstan Respublikasının Baş nazirinin ədliyyə islahatları üzrə müavini, xarici işlər naziri Yekaterina Zaxariyeva ilə telefon danışığı baş tutub.

Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti, eləcə də 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Kəlbəcər rayonunun Yanşaq kəndi (VİDEO)

Kəlbəcər rayonunun Yanşaq kəndindən videogörüntülər yayılıb. Doğrusöztv.Az Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edir.