Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

Bakı-Həştərxan-Bakı istiqamətində müntəzəm uçuşlar sentyabrın 30-da bərpa olunacaq.

Bu barədə “Report” Həştərxan Beynəlxalq Hava Limanına istinadən xəbər verir.

Bildirilib ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan paytaxtına birbaşa müntəzəm uçuşları həyata keçirəcək.

Məlumata əsasən, Həştərxan Beynəlxalq Hava Limanından uçuşlar həftədə üç dəfə – çərşənbə, cümə və bazar günləri planlaşdırılır. Səyahət müddətinin 1 saat 25 dəqiqə olması gözlənilir. Daşıyıcı bu marşrut üzrə “Embraer E-190” təyyarələrindən istifadə edəcək.

Xatırladaq ki, AZAL 2025-ci il fevralın 3-də Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırmışdı.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Kanada hökumətinin ikili oyunu: Alberta referendumu nəyi ifşa edir? - ŞƏRH

2026-cı ilin 19 oktyabr tarixində Kanadanın Alberta əyalətində referendum keçiriləcək. Bu referenduma ölkənin gələcəyi baxımından vacib siyasi hadisə prizmasından baxmaq lazımdır. Referendum çərçivəsində seçicilər əyalətin Kanadanın tərkibində qalması və ya müstəqillik istiqamətində növbəti hüquqi mərhələnin başladılıb-başladılmasına səs verəcəklər. Bu məsələdə diqqət ediləcək məqam isə ondan ibarətdir ki, bu referendum Alberta […]