Nazir: Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq

Oxunma vaxtı:27 Saniyə

Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Dünya Bankı poçt şöbələrinin fəaliyyəti üçün kredit ayırmışdı:

“Bununla Mərkəzi Bank ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məşğul idi. Şöbələrin fəaliyyətinin səmərəsiz olması nəzərə alınaraq onlara məhdud şəkildə bank xidmətlərinin göstərilməsi üçün şərait yaradılmışdı. Bu xidmətlər pul köçürmələri və kommunal xidmətlərin ödənişidir. Biz araşdırıb poçt şöbələri üçün digər mümkün məsələlərə də baxacağıq”.

Loading

Next Post

Daha 4 qanun layihəsi plenar iclasına tövsiyə olundu

Noyabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov gündəliyə birinci oxunuşda 4 qanun layihəsinin daxil edildiyini bildirib. O qeyd edib ki, birinci məsələ Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Bu dəyişikliklər vergilərdə güzəştlərlə bağlıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət […]