Martın 8-də spirtli içki içməyin! – ÜST

Oxunma vaxtı:1 Dəqiqə, 6 Saniyə

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) döş xərçəngi xəstəliyinin inkişaf riski ilə əlaqədar 8 Mart Beynəlxalq Qadınlar Gününün qeyd olunması zamanı spirtli içki qəbul etməməyi tövsiyə edib.

Bu barədə qurumun Avropa Bürosunun bəyanatında deyilir.

“Bir çox insanlar alkoqol istehlakının qadınlar arasında ən çox rast gəlinən xərçəng xəstəliyi, süd vəzi xərçəng xəstəliyi üçün əsas risk faktoru olduğunu nəzərə almayaraq, 8 Mart Beynəlxalq Qadınlar Gününü spirtli içki badəsini qaldıraraq qeyd edəcəklər”, – sənəddə bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, alkoqol və döş xərçəng xəstəliyi arasındakı bu əlaqə haqqında məlumatlılığın aşağı olması xəstəliyin qarşısının alınmasında əsas maneədir və qadınların sağlamlığı üçün narahatlıq yaradır.

“Bu yaxınlarda aparılan araşdırmada məlum olub ki, Avropanın 14 ölkəsində qadınların yalnız 21 %-i alkoqol qəbulu ilə süd vəzi xərçəngi xəstəliyinə tutulma riski arasında əlaqənin olduğunu bilib. Kişilər arasında məlumatlılıq daha da aşağı idi – sorğuda iştirak edən kişilərin yalnız 10 %-i bu əlaqəni bilib”, – açıqlamada əlavə olunur.

Təşkilat, döş xərçəng xəstəliyi vəziyyətində spirt istehlakının bir çox döş xərçəngi xəstəliyinin inkişafı və yayılmasında mühüm rol oynayan estrogen səviyyələrinə təsirini izah edib. Alkoqolun bu hormonların səviyyəsinə təsiri artmış riski qismən izah edə bilər.

“Döş xərçəng xəstəliyi 2022-ci ildə 600 mindən çox xəstəliyin qeydə alındığı ÜST-nin Avropa regionunda qadınlar üçün ciddi sağlamlıq problemidir. Avropadakı qadınlar üçün döş xərçəngi alkoqolun yaratdığı əsas xəstəlikdir. Alkoqolla əlaqəli bütün xərçəng xəstəliklərinin 66 % -ni təşkil edir”, – sənəddə vurğulanır.

Loading

Next Post

İslamofobiya Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil edir

Acınacaqlı haldır ki, hazırda islamofobiya özünü demokratik hesab edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda bildirilib. Qeyd olunub ki, son bir ildə dünyada baş vermiş […]