Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək

Oxunma vaxtı:24 Saniyə

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək.

B barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına dair tələblərin təsdiqlənməsi zamanı məlumat verib.

Bildirilib ki, seçki bülletenlərində namizədlərin ad və soyadları əlifba sırası ilə yerləşdiriləcək: “Hər bir seçki bülleteni MSK-nın müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və onun doldurulması qaydası haqqında izahat verilməlidir”.

Qərar səsverməyə qoyularaq qəbul edilib.

Loading

Next Post

Parlament seçkilərini müşahidə edəcək müşahidəçilərin SAYI

1 sentyabr növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. o deyib ki, indiyə qədər 2794 müşahidəçi qeydə alınıb. Onların 1867-si öz təşəbbüsü ilə irəli sürülüb, 569-u iki QHT tərəfindən irəli sürülüb, 126-sı isə seçki komissiyalarının iclaslarını müşahidə […]