Əli Əliyev işdən çıxarıldı

alfonsonri
Oxunma vaxtı:33 Saniyə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin rəhbəri Əli Əliyev işdən çıxarılıb.

Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ə.Əliyevin səlahiyyət müddəti başa çatıb.

“Onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2023- cü ilin yanvarında fəaliyyətinə müvafiq əmrlə xitam verilib. Fəaliyyət müddətinin uzadılması vəzifəsinin öhdəsindən gələ bilməməsi, işində yol verdiyi nöqsanlar səbəbindən məqsədəuyğun sayılmayıb”, – QMİ-nin məlumatında vurğulanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl “Qafqazinfo”da Ə.Əliyevlə bağlı yazı yayımlanmışdı. Yazıda bildirilirdi ki, Ə.Əliyev uzun illər QMİ nümayəndəsi kimi Gürcüstan ərazisində Acarıstan da daxil olmaqla bütün müsəlmanların (həm sünni, həm də şiə) məsələlərinin idarə olunmasına cavabdeh olsa da, daima öz merkantil maraqlarını güdüb.

Loading

Next Post

"Mövqelərimiz intensiv atəşə tutulur, Ordumuz cavab tədbirləri görür" - MN

İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin tam […]