Sabah 36 dərəcə isti olacaq

alfonsonri
Oxunma vaxtı:35 Saniyə

Mayın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22, gündüz 26-31, bəzi yerlərdə 33 isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 50% olacaq.

Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 7-12, gündüz 13-18, bəzi yerlərdə 20-25 dərəcə isti olacaq.

Loading

Next Post

Tədbirə gedən məktəb direktoru qəzada öldü - Foto

Lənkəranda məktəb direktorunun ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Aktualtv.az xəbər verir ki, dünən saat 12:30 radələrində rayonun Xanbulan kənd ərazisində Liman qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru Məmmədov Ramiz Şahvələd oğlunun idarə etdiyi “Nissan” markalı minik avtomobili qarşıdan gələn avtobusla toqquşub. Nəticədə R.Məmmədov və 2 sərnişini […]