Tədbirə gedən məktəb direktoru qəzada öldü – Foto

alfonsonri
Oxunma vaxtı:27 Saniyə

Lənkəranda məktəb direktorunun ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Aktualtv.az xəbər verir ki, dünən saat 12:30 radələrində rayonun Xanbulan kənd ərazisində Liman qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru Məmmədov Ramiz Şahvələd oğlunun idarə etdiyi “Nissan” markalı minik avtomobili qarşıdan gələn avtobusla toqquşub. Nəticədə R.Məmmədov və 2 sərnişini ağır xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən şəxslərdən Ramiz Məmmədov qısa müddət sonra vəfat edib.
Bildirilir ki, R.Məmmədov vaxtilə dərs dediyi Lənkəran şəhər 3 nömrəli məktəbin məzunlarının məktəbi bitirmələrinin 30 illiyi ilə əlaqədar keçirilməsi planlaşdırılan tədbirə gedərkən qəzaya düşüb.

Loading

Next Post

Əli Əsədov Türkiyənin Vitse-prezidentini təbrik edib

Mayın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində yenidən qələbə qazanması münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Məktubda vurğulanıb ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü […]