Əli Əsədov Türkiyənin Vitse-prezidentini təbrik edib

alfonsonri
Oxunma vaxtı:42 Saniyə

Mayın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində yenidən qələbə qazanması münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda vurğulanıb ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türkiyə xalqı ölkənin hərtərəfli çiçəklənməsi yolunda öz liderinin genişmiqyaslı fəaliyyətini və xidmətlərini yüksək qiymətləndirib, bu seçkilərdə də ona etimad göstərib.

Milli iradənin və demokratiyanın təntənəsi olan bu səsvermənin nəticələrinin Azərbaycanda da böyük sevinc və coşqu ilə qarşılandığı diqqətə çatdırılıb.

Möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inama, etimada, dəstəyə əsaslanan və dövlət başçılarının rəhbərliyi ilə bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmiş Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə və hər iki ölkənin xalqlarının rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.

Loading

Next Post

Prezident və xanımı dünya çempionatının açılış mərasimində - Video

Bakıda taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilir. Bakı Kristal Zalında baş tutan tədbiri Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmi şəxslər izləyirlər. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə […]