QMİ Ramazan bayramı namazının saatlarını açıqlayıb

Oxunma vaxtı:25 Saniyə

Azərbaycan məscidlərində Ramazan bayramı namazı Əjdərbəy məscidində aprelin 10-u saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

Bildirilib ki, bayram namazı həmçinin digər məscidlərdə də 08:00 və 09:00-da qılına bilər. Namaz vaxtını məscid imamları camaatın istəyinə uyğun olaraq müəyyənləşdirə bilərlər.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Loading

Next Post

Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev “Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla qərara alınır: apellyasiya instansiyası məhkəmələri üzrə: – Toğrul Məhəmməd oğlu Əli Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilsin; – Yusifəli Süleyman oğlu Qurbanov Naxçıvan Muxtar Respublikası […]