Tovuzda yük maşını aşıb, xəsarət alan var

Oxunma vaxtı:23 Saniyə

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı–Qazax magistral yolunun Tovuz rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük maşını idarəetmədən çıxıb. Nəticədə, yük maşını yol kənarındakı səkiyə çırpılıb, daha sonra isə yolda çıxaraq aşıb.

Qəza zamanı sürücü 1994-cü il təvəllüdlü Z.Şabanlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qəzaya səbəb yük avtomobilinin təkərinin partlaması olub.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Qalmaqallı sabiq hakim vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov vəfat edib. Bu haqda sosial şəbəkədə məlumat paylaşılıb. Sabiq hakim uzunsürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Ənvər Seyidov 1990-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin, 2000-ci ildən Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin, 2011-ci ildən 2019-cu ilədək Bakı Ağır […]