Təhsil müəssisəsində 250 min manatlıq YEYİNTİ

Oxunma vaxtı:34 Saniyə

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb

Sumqayıt şəhər “Evdə” fərdi təhsil məktəbində yol verilən qanunsuzluqlar barədə vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb. 

Araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilərək əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla ümumilikdə 250 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf olunmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Loading

Next Post

İƏT-dən tarixi qərar - Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH

Mayın 5-də Qambiya Respublikasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitinin yekununda “Banjul Bəyannaməsi” qəbul edilib. Sammit iki gün (4-5 may 2024-cü il) İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prezidentləri və liderlərinin iştirakı ilə keçirilib. Sammitin yekununda qəbul edilən sənədə islam dünyasının əsas problemləri ilə yanaşı, Azərbaycanla da bağlı məsələ salınıb. […]