Yaxın vaxtlarda bir neçə dərman müəssisəsi istifadəyə veriləcək

Oxunma vaxtı:32 Saniyə

“Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliklərdən sonra ölkəmizdə dərman istehsalı sənayesinin yaradılmasının şahidi olduq. Artıq bir neçə dərman istehsalı müəssisəsi istifadəyə verilib, bir neçəsinin isə yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin martın 14-də keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanun layihəsinin müzakirəsində çıxış edərkən deyib.

Komitə sədri dərman istehsalı müəssisələrinin yaradılmasında təkcə azərbaycanlı sahibkarların iştirak etmədiyini, həmçinin bu işə dünyada tanınmış şirkətlərin də cəlb olunduğunu vurğulayıb.

Belə müəssisələrin istifadəyə verilməsi keyfiyyətli dərman istehsalına, xaricdən ölkəyə gətirilən dərmanların sayının azalmasına gətirib çıxaracaq. Eyni zamanda, bu hal yaxın vaxtlarda dərmanların qiymətinin aşağı düşməsinə də səbəb olacaq, deyib komitə sədri.

Loading

Next Post

Hər il martın 14-də qeyd olunan “Pi” günü

Dünyada məktəblilərdən tutmuş alimlərə qədər bütün riyaziyyat həvəskarları 14 martda “Pi” gününü qeyd edirlər. Pi ədədinin ən çox istifadə olunan bəsit qiyməti 3,14-dür.  “Pi” günü ilk dəfə 1988-ci ildə fizik Larri Şounun San-Fransiskodakı Exploratorium elm muzeyində qeyd olunub. 2009-cu ildə ABŞ Konqresinin Nümayəndələr Palatası riyaziyyat və elmə marağı daha çox […]