Tovuzda məktəbdə baş verən hadisə nazirliyin nəzarətindədir – RƏSMİ

Oxunma vaxtı:27 Saniyə

Tovuz rayonu Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə baş verən hadisə Elm və Təhsil Nazirliyi və tabe qurumlarının ciddi nəzarətindədir.

Bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi xəstəxanada müalicəsi davam etdirilən şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.

“Hadisə nəticəsində zərər çəkmiş şəxslərin hər birinin səhhəti diqqət mərkəzində saxlanılır. Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək. Hadisədən zərər çəkmiş şagird və məktəb heyəti üzvlərinə şəfa diləyirik”, – məlumatda bildirilib.

Xatırladaq ki, məktəbdəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb.

Loading

Next Post

Goranboyda avtomobil aşıb, ölən var

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un Qərb bürosunun məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması ilə nəticələnən yol qəzasında bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.