Sabah leysan yağacaq

Oxunma vaxtı:35 Saniyə

Dekabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 80-85 % olacaq.

Azərbaycanın bəzi rayonlarında arabir yağıntı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Yağıntı gündüz tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Loading

Next Post

Baş Prokurorluq: Ermənistandan son deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib, 6522 nəfər zərərçəkmiş kimi tanınıb

Ermənistandan son deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib, 6522 nəfər zərərçəkmiş kimi tanınıb. Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini Qasım Məmmədov parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə deyib. Onun sözlərinə görə, qərbi azərbaycanlılara qarşı törədilmiş cinayətlər şərti olaraq istintaq dövründə dörd mərhələyə bölünüb: “Bu, 1905-1907, […]