Sabaha olan hava PROQNOZU

alfonsonri
Oxunma vaxtı:32 Saniyə

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Loading

Next Post

Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi

Vergi sahəsində korrupsiya əməlləri törətməkdə təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsində yol verilən qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai […]