Prezidentin Laçındakı xüsusi nümayəndəsindən AÇIQLAMA

alfonsonri
Oxunma vaxtı:40 Saniyə

“Möhtərəm cənab Prezident, mənə göstərdiyiniz yüksək etimada görə Sizə minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, azad edilmiş ərazilərə gedərək, orada erməni barbarları tərəfindən törədilmiş böyük dağıntıları görüb bir azərbaycanlı kimi dərin sarsıntı keçirməmək olmur”.

Bunu Məsim Məmmədov Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbulda deyib.

“Buna baxmayaraq, eyni zamanda, mən həmin regionda aparılan böyük tikinti işlərinin şahidi oldum, gördüm ki, böyük əzmkarlıq var. Sizin rəhbərliyinizlə Azərbaycan xalqı həmin əraziləri tez bir zamanda bərpa etmək, oraya köçüb təzədən oraları inkişaf etdirmək əzmindədir. Sizi əmin etmək istəyirəm ki, mənim qarşımda qoyulan bütün vəzifə və tapşırıqları vaxtında əzmkarlıqla həyata keçirmək üçün səy və gücümü əsirgəməyəcəyəm. Əsas odur ki, Azərbaycan dövlətinə və cənab Prezident, Sizə vicdanla, təmiz və dürüst xidmət etmək mənim üçün böyük şərəfdir”, – deyə M.Məmmədov bildirib.

Loading

Next Post

"Biz quruculuq işlərini öz hesabımıza görürük" - İlham Əliyev

“Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur”. Bunu Dövlət başçısı İlham Əliyev Prezidentin Laçındakı xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbul edərkən deyib. “Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. […]