Sabah 21° isti olacaq

Oxunma vaxtı:34 Saniyə

Martın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Loading

Next Post

Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ

Türkiyədə martın 31-də keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərə hazırlıqlar davam edir. Seçkilərdə 81 vilayət (il), 973 rayon (ilçe), 390 mahal (belde) bələdiyyələrinə sədrlər və 50 336 kənd və məhəlləyə yerli başçılar (muhtar) seçiləcək, habelə bələdiyyə məclisi üzvləri və vilayət ümumi məclisi (il genel meclisi) üzvləri üçün də seçkilər keçiriləcək. Seçicilər harada və hansı qutuda səs verəcəklərini Ali Seçki Komissiyasının […]