Qadının həbsdəki ərinə zəng etmişdi, özü də həbs edildi

Oxunma vaxtı:51 Saniyə

Noyabrın 7-də Qəbələ rayonunda qadına qarşı xuliqanlıq etmiş 36 yaşlı S.Səlimov həbs edilib.

Qəbələ Rayon Məhkəməsinin qərarı ilə S.Səlimova 12 sutka inzibati həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, Qəbələnin kəndlərindən birində yaşayan S.Səlimov digər kənddə yaşayan Vüsalə (şərti) ilə münasibət qurub və gizli sevgi yaşayıblar. Bir müddət sonra evli şəxslər arasındakı münasibət pozulub və Vüsalə S.Səlimovla görüşməkdən imtina edib.

Bundan sonra qadın ondan əl çəkməyən şəxsdən polisə şikayət edib və onun barəsində inzibati tənbeh tədbiri görülüb.

Amma S.Səlimov qadını narahat etməyə davam edib, Vüsalə bu barədə onun ailəsinə bildirib. 3 uşaq atası olan S.Səlimov isə əsəbiləşərək Vüsalənin həbsdə olan ərinə zəng edib, arvadı ilə sevgi münasibəti yaşadığını deyib.

Bundan sonra Vüsalə qonşu kəndə gedərək S.Səlimovun ailəsi ilə məsələni müzakirə edib aydınlaşdırmaq, baş verənlərə son qoymaq istəyib. Bu zaman S.Səlimov evdən çıxaraq Vüsaləni söyüb və küçədə səs-küy salaraq xırda xuliqanlıq əməli törədib.

Vüsalənin polisə növbəti şikayətindən sonra S.Səlimov barəsində protokol tərtib edilib və məhkəməyə göndərilib.(Qafqazinfo)

Loading

Next Post

COP29-un üçüncü günü nələr müzakirə ediləcək? - GÜNDƏLİK

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir. Yaşıl Zona üzrə tədbirlər: 09:15 – 10:00. Yaşıl zona tədbirləri, “Extreme Hangout” ərazisi, təlim otağı – Jess ilə yoqa sessiyası 10:00 […]